Rusiyada dəhşət: Nənə və baba 11 aylıq körpəni sobaya atdı
Dünya
17:15 / 30.01.2019
3938
Rusiyanın Xakasiya vilayətində sərxoş nənə və baba nəvələrini yanan sobaya atıblar.
Sfera.az xəbər verir ki, yerli polisin məlumatına görə Taştıp rayonunun Xaroy kəndində 11 aylıq körpənin meyidi tapılıb. 164 nəfərin yaşağıdı kənd ən yaxın dəmiryolu stansiyasından 42 km aralıda yerləşir.
Araşdırmalara görə ötən gün uşağın anası qonşu kəndə gedib və oğlunu 42 yaşlı nənə və 47 yaşlı babasının yanında qoyub. Sərxoş vəziyyətdə olan təqsirkar şəxslər körpəni sobaya atıblar. Ciddi yanıq almış uşağın meyidini qohumları sobanın içində tapıblar. Hər iki şəxs barədə cinayət işi açılıb.