Moskva səfərinin görünməz tərəfləri: Milyarderlər Paşinyana qarşı…
16:00 / 30.01.2019
3595
"2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsindən sonra Rusiyada fəaliyyət göstərən erməni milyarderlər yeni iqtidara qarşı müxalifətə keçdilər”.
Bu barədə Ermənistanda nəşr olunan "Past” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, hakimiyyət dəyişikliyindən sonra Rusiyada böyük biznesi olan iş adamları Ermənistanı tərk etməyə başlayıb:
"Həmin iş adamları Paşinyan hakimiyyətə gəldikdən sonra xarici siyasətlə bağlı ehtiyatlı davranmağa başladılar.
Milyarderlər mümkün qədər siyasi proseslərdən kənarda qalmağa, Rusiyanı özlərindən narazı salmamağa çalışırlar. Bir neçə gün əvvəl Rusiyaya səfər edən Baş nazir Nikol Paşinyan Moskvada erməni iş adamları ilə görüşməyə cəhd etdi. Lakin onun cəhdi baş tutmadı, milyarderlər Paşinyanla görüşmək istəmədilər. Paşinyan bu məqsədlə Kamo Avakumyan və Samvel Karapetyana müraciət etdi, lakin onlar da görüş təklifini rədd etdilər”.
"Past” qəzeti Rusiyada fəaliyyət göstərən iş adamlarının Ermənistana investisiya yatırmalarına diqqət çəkir və istisna etmir ki, Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda onlar sərmayələri geri çəkə bilərlər.Teleqraf