Film kimi hadisə: Fabrik direktoru işçisini girov götürdü
Dünya
15:23 / 30.01.2019
2824
Türkiyədə film ssenarisini xatırladan hadisə baş verib.
Sfera.az xəbər verir ki, Adanada tekstil fabrikinin direktoru öz işçisi olan ər və aravadı girov götürüb.
Tekstil fabrikinin direktoru M.Ç., yanında çalışan Ç.K-nı və həyat yoldaşını qaçırıb 3 gün ərzində girov saxlayıb. Fabrik direktoru bildirib ki, işçiləri olan ər və arvad onun 3 milyon lirə(959400 AZN) pulunu mənimsəyiblər. Polis fabriki direktorunu həbs edib.