Qazaxıstanda qızılcaya yoluxanların sayı artır
Dünya
14:57 / 30.01.2019
3637
Qazaxıstanda ilin əvvəlindən etibarən qızılca xəstəliyinə yoluxanların sayı 1000 nəfəri ötüb.
Səhiyyə Nazirliyi yanında İctimai Sağlamlığın Mühafizəsi Komitəsinin məlumatına görə, ötən dövr ərzində ölkə ərazisində 1114 nəfər qızılcaya yoluxanlardan 799-u, yəni 71,7 faizi 14 yaşınadək uşaqlardır. Bu göstəricinin 2018-ci il ərzində yoluxanların sayından artıq olduğu da göstərilir.
Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Səhiyyə Nazirliyi də ölkə ərazisində qızılcaya yoluxma hallarının aşkarlandığını bildirmişdi.