\"Barselona\"da 4 illik yeni müqavilə

\
"Barselona"nın müdafiəçisi Xordi Albanın taleyinə aydınlıq gəlib.  İspaniya millisinin üzvü Kataloniya klubunda qalmağı üstün tutub.

29 yaşlı cinah oyunçusu komandası ilə yeni 4 illik müqaviləni razılaşdırıb. Tərəflər sözləşmənin maliyyə məsələsində ortaq məxrəcə gəliblər. Klub yaxın günlərdə bunu rəsmən elan edəcək.

Qeyd edək ki, əvvəlki müqavilə müddəti 2020-ci ilə qədər olan Xordi Alba artıq 2024-cü ilə qədər "Barselona"ya məxsus olacaq.

OXŞAR XƏBƏRLƏR