İranda güclü partlayış – 3 yaralı (Video)

Dünya
10:44 / 30.01.2019
2611
İranda ötən gecə "Əl-Qaidə" terror təşkilatına bağlı olan "Ceyşul Ədl" terror qruplaşmasının terror həyata keçirməsi ilə bağlı xəbər yayılıb.
Sfera.az xəbər verir ki, terror ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin Zahedan şəhərində baş verib.
Məlumata əsasən, partlayış Zahedan şəhərinin polis məntəqəsi yaxınlığında baş verib. Əldəqayırma partlayıcı qurğunun işə düşməsindən sonra hadisə yerinə gələn istehkamçılar daha bir partlayıcı aşkar ediblər. Aşkar edilən qurğunu zərəsizləşdirən zaman baş verən növbəti partlayış nəticəsində 3 istehkamçı yüngül yaralanıb.