Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefa verir

Dünya
10:16 / 30.01.2019
2340
Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefaya getmək barədə qərar verib.
Türkiyəli spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.
Trend.az