Səudiyyədə 126 məmur işdən çıxarıldı

Dünya
08:55 / 30.01.2019
2385
Səudiyyə Ərəbistanın Bələdiyyələrlə İş üzrə Nazirliyi korrupsiyada ittiham olunan 126 məmuru işdən çıxarıb.
"Report” xəbər verir ki, bu barədə məlumat idarənin"Twitter" mikrobloquna yerləşdirilib.
Nazirlikdən bildiriblər ki, məmurlar idarənin paytaxt Ər-Riyad və krallığın iqtisadi paytaxtı olan Ciddə də daxil olmaqla 15 şəhərdə yerləşən bölmələrindən qovulublar.