General həbs olundu

Dünya
07:47 / 30.01.2019
2142
Türkiyənin Əskişəhər Birləşmiş Hava Hərəkət Mərkəzinin komandanı general Özkan Edip Akgülay FETÖ/PDY terror təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib.
Təqaüdə çıxmaq üçün müraciət edən generalla aparılan sorğu-sual zamanı onun FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrində yerləşdirdiyi üzvləri ilə əlaqəsi sübut olunub. O, Diyarbəkir Baş Prokurorluğunun qərarı ilə həbs edilib.