Mançester təmsilçilərini dayandıran tapıldı

Mançester təmsilçilərini dayandıran tapıldı
İngilərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Bu tur 2-ci pillədəki "Mançester Siti” "Nyukasl” səfərində 1:2 hesablı məğlubiyyət yaşayıb.

"Nyukasl” - "Mançester Siti” - 2:1

Qollar: Aquero, 1 (0:1), Rondon, 66 (1:1), Ritçi, 80-pen. (2:1)

Ule Qunnar Sulşerin baş məşqçi təyin olunmasından sonra bütün turnirlər daxil olmaqla ardıcıl 7 oyunda qələbə qazanan "Mançester Yunayted”in də uğurlu seriyası bu turda bitib. Öz meydanında "Börnli” ilə qarşılaşan "MY” 2:2 hesabı bərabərliyə razı olub. Sulşerin komandası son dəqiqələrdə məğlubiyyətdən xilas ola bilib.

"Mançester Yunayted” - "Börnli” - 2:2

Qollar: Barns, 51 (0:1), Vud, 81 (0:2), Poqba, 89-pen. (1:2), Lindelöf, 90+2

"Arsenal” isə ələ düşən fürsətdən maksimum istifadə edib. Öz meydanında "Kardiff Siti”ni 2:1 hesabı ilə məğlub edərək xalını 47-yə çatdıran "Arsenal”, 45 xala malik "Mançester Yunayted”i geridə qoyub və 5-ci pilləyə yüksəlib.

"Arsenal” - "Kardiff Siti” - 2:1

Qollar: Obameyanq, 66-pen. (1:0), Lakazett, 83 (2:0), Laynq, 90 (2:1)

OXŞAR XƏBƏRLƏR