Azərbaycanlı klub sahibi Antalyada otelə 88 min "atdı"

Azərbaycanlı klub sahibi Antalyada otelə 88 min
Türkiyənin II Liqa təmsilçisi "Darıca Gənclərbirliyi" pis günlər yaşayır. Hələ bir müddət öncə uğursuz çıxışlara görə azarkeşlər etiraz edərək, klubun prezidenti Rauf İsmayılov və onun havadarlarına etiraz edib, ağır söyüşlər yağdırmışdılar. Fanatlar "Rauf, arıtq yetər, çemodanını götür, cəhənnəm ol!", "Bu klub darıcalılarındır", "Hardasan, Allah bəlanı versin", "Kimsə bizim şanlı tariximizi məhv edə bilməz" kimi şüarlar səsləndirmişdilər. Azarkeşlərin etirazlarında uğursuz çıxışla yanaşı, komandanın Antalya toplanışda məskunlaşdığı oteldən uzaqlaşdırılması olub.

Təlim-məşq toplanışında olan klub bir neçə gün əvvəl məskunlaşdığı "Kervansaray Otel"dən qovulub. Otel Antalya toplanışı üçün 88 min TL məsrəfləri olan sənədləri klub rəhbərliyinə müqavilə imzalatdırıb. Klub bir müddət hazırlıq keçsə də, məbləğ ödənilməyib. Məlumatda qeyd edilib ki, Rauf İsmayılov maddi məsələni həll edə bilməyib. Buna görə də komandanı oteldən qovublar. "Sarı-yaşıllar" toplanış çərçivəsində "Amedspor"la yoxlama görüşü keçirə bilməyib. Məhz bu məsuliyyətsizliyə görə klubun azarkeşləri daha da hiddətlənib. Buna görə də fanatlar bir müddətdir ki, Rauf İsmayılovu istefaya çağırırlar. 

Qeyd edək ki, Rusiyada "Simurq Turizm” şirkətinin rəhbəri olan İsmayılov ötən ilin sonlarında klubu alıb. Komandanın baş məşqçisi isə Asim İbrahimovdur.futbol11

OXŞAR XƏBƏRLƏR

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...

Leyla Əliyeva qızı ilə fotosunu paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ad günündə onu təbrik edənlərə təşəkkürünü bildirib. &nbs...

Liderlərdən Xankəndidə həmrəylik nümayişi

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı ...