ASALA-nın əsas adamı öldü

Dünya
17:30 / 29.01.2019
2282
"Ermənistanın Qurtuluşu üçün gizli erməni ordusu", əslində isə terror təşkilatı olan ASALA-nın üzvü Varujan Karapetyan ölüb.
65 yaşlı Karapetyan təşkilatın əsas fiqurlarından idi.
O, 1980-ci illərin əvvəllərində ASALA strukturuna rəhbərlik edən şəxslərdən olub.
1983-cü ildə Parisin Orli hava limanında partlayışdan sonra Karapetyan tutulub və ömürlük həbsə məhkum olunub.
Karapetyan tutulduqdan 17 il sonra erməni tərəfinin xahişi ilə 2001-ci ildə sərbəst buraxılıb. Terrorçu həmin vaxtdan Ermənistana köçmüşdü.