Narkotik satan dəstə ifşa olundu – FOTO

Narkotik satan dəstə ifşa olundu – FOTO
Xətai rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Verilən məlumata görə, əməliyyat Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa ediliblər.


Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov idarə etdiyi "Wolswagen” markalı avtomobillə birgə saxlanılıb.


Onun avtomobilinə baxış zamanı 25,324 qram narkotik vasitə heroin, 26 ədəd yüksək psixotrop tərkibə malik metadon həbi, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, həmçinin yaşadığı evdən əlavə olaraq 101,686 qram heroin aşkar edililərək götürülüb.

Davam etdirilən tədbirlərlə M.Məmmədova heroini və psixotrop tərkibli həbləri satanların da şəxsiyyətləri qısa zamanda müəyyən edilib.


Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri, Lənkəran şəhər sakinləri Yalçın Qurbanov və Zamiq Cavadov da polislər tərəfindən saxlanılıblar.


Z.Cavadovun üzərində şəxsi axtarış aparılan zaman ondan 100,840 qram heroin və 100 ədəd metadon həbi, Y. Qurbanovdan isə 2,985 qram tiryək, idarə etdiyi avtomobildən isə 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.


İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvü Y.Qurbanov şəxsiyyəti məlum olmayan İran vətəndaşından narkotik vasitələri əldə edəndən sonra onları satmaq üçün hissə-hissə Z.Cavadovun vasitəsilə M.Məmmədova göndərib.


M.Məmmədov isə öz növbəsində Bakıda narkotik vasitələri satandan sonra əldə etdiyi pulu Lənkəran şəhərinə Y.Qurbanova göndərməli imiş.


Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.








OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...