“Paşinyan Əliyevə istinad edir, onun görünüşü qürurlu deyildi" - Şarmazanov

Dünya
16:25 / 29.01.2019
1973
"Nikol Paşinyan artıq Minsk Qrupunun həmsədrlərinə yox, Azərbaycan prezidenti İlham Əliyevə istinad edir".
Bu barədə bu gün Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə görüşündə bildirib.
"Biz hara gəlib çatmışıq", - deyə Şarmazanov şikayətlənib.
"Məndə belə təəsürrat yaranıb, bəlkə də Əliyevlə görüşün olacağı barədə Paşinyanın heç məlumatı olmayıb. O, bu barədə son anda xəbər tutub, çünki onun görünüşü qürurlu deyildi" - deyə Şarmazanov əlavə edib.(ordu.az)