“Formula 1” pilotları 2019-da neçə milyon qazanacaq?- Siyahı açıqlandı

“Formula 1” pilotları 2019-da neçə milyon qazanacaq?- Siyahı açıqlandı
"Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.

"Report” "YouTube”da yer alan "F1 WeekEnd” kanalına istinadən xəbər verir ki, Almaniyanın "Mercedes” komandasını təmsil edən Lüis Hemilton ən ödənişli pilot ünvanını qoruyub. Britaniyalının illik maaşı 57 milyon dollar təşkil edəcək. 


İkinci sırada İtaliya "Ferrari”sinin sürücüsü Sebastyan Fettel qərarlaşıb. Almaniyalı idmançının qazancı 45 milyon dollar olacaq.

 

"Üçlüy”ü Fransanın "Renault” komandasının pilotu Daniel Rikkardo qapayır. Avstraliyalı sürücü 17 milyon dollar məvacib alacaq.


"Formula 1” pilotlarının mövsümlük maaşları (dollar)

1. Lüis Hemilton ("Mercedes”) – 57 milyon

2. Sebastyan Fettel ("Ferrari”) – 45 milyon

3. Daniel Rikkardo ("Renault”) – 17 milyon

4. Maks Ferstappen ("Red Bull”) – 13,5 milyon

5. Valtteri Bottas ("Mercedes”) – 8,5 milyon

6. Kimi Raykkonen ("Sauber”) – 4,5 milyon

7. Niko Hülkenberq ("Renault”) – 4,5 milyon

8. Karlos Sayns ("McLaren”) – 4 milyon

9. Şarl Lekler ("Ferrari”) – 3,5 milyon

10. Serxio Peres ("Racing Point”) – 3,5 milyon

11. Roman Qrojan ("Haas”) – 1,8 milyon

12. Pyer Qasli ("Red Bull”) – 1,4 milyon

13. Lens Stroll ("Racing Point”) – 1,2 milyon

14. Kevin Maqnussen ("Haas”) – 1,2 milyon

15. Robert Kubitsa ("Williams”) – 570 min

16. Daniil Kvyat ("Toro Rosso”) – 300 min

17. Lando Norris ("McLaren”) – 260 min

18. Antonio Covinatsi ("Sauber”) – 230 min

19. Corc Rassell ("Williams”) – 180 min

20. Aleksandr Albon ("Toro Rosso”) – 170 min

Qeyd edək ki, "Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26-28 apreli əhatə edəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...