ABŞ Venesuelaya yeni sanksiyalar tətbiq etdi

ABŞ Venesuelaya yeni sanksiyalar tətbiq etdi
ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bunu Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin deyib.

"Bu gün Maliyyə Nazirliyi Venesuelanın aktivlərinin bundan sonra keçmiş prezident Maduro tərəfindən istifadəsini əngəlləmək üçün ölkənin PDVSA dövlət neft şirkətinə qarşı tədbirlər görüb", - deyə nazir bildirib.

Məlumata görə, Vaşinqton korporasiyanın 7 milyard dollar həcmində aktivlərini donduracaq.

Nazir həmçinin qeyd edib ki, Venesuela neftinə müştəri çıxan istənilən alıcının hesabları dondurula bilər.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.


OXŞAR XƏBƏRLƏR

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Pakistan-Hindistan anlaşmasına Türkiyədən REAKSİYA

Pakistan və Hindistan arasında atəşkəs qərarının qəbul edilməsindən məmnunuq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin ...