“Fənərbağça” qələbə həsrətinə son qoydu - Video

“Fənərbağça” qələbə həsrətinə son qoydu - Video
Türkiyə Superliqasında 19-cu tura yekun vurulub.

Son pillələrdə qərarlaşan "Fənərbağça” sürpriz çıxışı ilə liderlik mübarizəsi aparan "Yeni Malatyaspor”u qəbul edib.

6 oyundur qələbə üzünə həsrət qalan "sarı-lacivərdlilər” bu oyunda uğursuz seriyaya son qoymağı bacarıb. İstanbul təmsilçisi rəqibini 3:2 hesabı ilə məğlub edərək xalını 20-yə çatdırıb və 14-cü pilləyə yüksəlib.

Günün digər matçında lider "Başakşəhər” öz meydanında "Kasımpaşa”nı 2:0 hesabı ilə məğlub edib.

"Fənərbağça” - "Yeni Malatyaspor” - 3:2

Qol: M.Ekici, 2; 31. M.Topal, 86 – Mina, 28. Donald, 45.
 


OXŞAR XƏBƏRLƏR