Tanınmış idmançıdan xeyirxah addım: tələbəsinə böyük dəstək oldu

Tanınmış idmançıdan xeyirxah addım: tələbəsinə böyük dəstək oldu
Azərbaycan taekvando idman növünün tarixinə adını məşqçi kimi yazdırmağı bacaran, ən çox idmançı sayına görə lider olan "Fateh" klubunun baş məşqçisi Elməddin Vəliyev növbəti dəfə azətminatlı bir ailəni sevindirib.
 
Sfera.az xəbər verir ki, bu barədə idmançı özünün facebook səhifəsində məlumat verib:”Dünən balaca mələyimiz Nurcan kiçik də olsa indiyədək qazandığı uğurlara görə biz məşqçilərini qonaq çağırmışdı. Mən də Klub rəhbəri olaraq bundan sonra bütün tədbirlərimizdə bu idmançını bütün ödənişlərdən azad edirəm. Klubumuzun imkanları geniş olsa daha çox uşağa daha geniş şəkildə köməklik göstərməyi diləyirəm.Allah bütün uşaqları qorusun!»

OXŞAR XƏBƏRLƏR