Xamis Məmmədovun ölüm səbəbi bəlli oldu - Nazirlikdən AÇIQLAMA
11:07 / 28.01.2019
3273
Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölməsi barədə rəsmi açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətindən "Report"a bildirilib ki, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib: "Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".
Qeyd edək ki, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Səhiyyə Nazirliyi idmançının xəstəxanaya müraciət etmədiyini açıqlamışdı.
35 yaşlı idmançının meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.
Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu döyüş sambosunda məğlub etmiş yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.