“Bu qolu Şərqi Türküstan xalqına hədiyyə edirəm” – Cənubi azərbaycanlı futbolçu
İdman
19:09 / 27.01.2019
7820
Asiya kubokunda mübarizə aparan İran millisinin futbolçusu Sərdar Azmunun 1/4 finalda vurduğu qolu kimə həsr etdiyi müəyyənləşib. Bunu Çin üzərində 3:0 hesablı darmadağında payı olan futbolçunun özü açıqlayıb.
Matçda üçüncü qolu vuran Azmun topunu Şərqi Türküstana həsr etdiyini bildirib: "Çinə vurduğum qolu məzlum Şərqi Türküstan xalqına hədiyyə edirəm”.
Qeyd edək ki, İran yığması sabahkı yarımfinalda Yaponiya ilə görüşəcək. Digər cütdə meydan sahibi BƏƏ Qətərlə qarşılaşacaq.Matç