Türkiyə ordusunun yeni Baş Qərargah rəisi məlum olub
Cəmiyyət
18:31 / 06.08.2015
1883
Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisinin kimliyi məlum olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, Yüksək Əsgəri Şuranın iclasında Baş Qərargah rəisi vəzifəsinə ordu generalı Hulusi Akarın təyin olunmasına qərar verilib.
Bundan başqa, Salih Zeki Çolak Quru Qoşunları Komandanı, Abidin Ünal Hava Hücumdan Müdafiə Qoşunları Komandanı, Qalip Mendi Jandarma Baş Komandanı təyin olunacaq, Dəniz Qoşunları Komandanı Bülənt Bostanoğlunun səlahiyyət müddətləri isə artırılacaq.
Qərar bu gün yerli vaxtla saat 12-də prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqlənəcək.