“Fənərbaxça”dan biabırçı məğlubiyyət

“Fənərbaxça”dan biabırçı məğlubiyyət
Türkiyə kubokunda 1/8 finalın daha 3 cavab qarşılaşması keçirilib. Oyun günü iki sensasiya ilə əlamətdar olub.

Günün ilk matçında doğma meydanında 1:0 hesablı qələbə qazanmış hazırda Super Liqanın lideri olan "Başakşəhər” səfərdə aşağı dəstə təmsilçisi "Hatayspor”a 1:4 hesabı ilə uduzaraq kubokla vidalaşıb.

"Kasımpaşa” – "Alanyaspor” görüşünün ilk və ikinci matçı qolsuz bərabərliklə yekunlaşdığı üçün qalibi əlavə vaxt müəyyən edib. "Paşa” bir qolla növbət mərhələyə adlayıb.

Günün əsas sensasiyası isə son oyunda yaşanıb. "Ümraniyəspor”la "Fənərbaxça” qarşılaşıb. İlk oyunda olduğu kimi bu dəfə 1:0 hesablı qələbəyə sevinən aşağı dəstə təmsilçisi adlı-sanlı rəqibini mübarizədən kənarlaşdırıb.

Son 1/4 finalçının adına isə 29 yanvarda oynanılacaq "Qalatasaray” – "Boluspor” matçından (ilk oyun: 1:0) sonra aydınlıq gələcək.matc.az

OXŞAR XƏBƏRLƏR