Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Azercell növbəti dəfə olimpiadaçı şagirdlərə dəstək oldu

Ötən il təhsil sahəsində beynəlxalq olimpiadalarda yüksək göstəricilərə imza atan məktəblilərimiz bu ilə də uğurla başlayıblar.

 

Sfera.az bildirir ki, Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə keçirilən 15-ci Beynəlxalq Jautıkov Olimpiadasında Azərbaycan məktəbliləri  böyük nailiyyətlər əldə ediblər. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş, həmin liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar. Beləliklə, Azərbaycan məktəbliləri bu olimpiadada 4-ü gümüş və 1-i bürünc olmaqla ümumilikdə 5 medal əldə ediblər.


Məktəblilərimizin uğurunda təhsil sahəsində həyata keçirdiyi və dəstək verdiyi sosial layihələr ilə hər zaman öndə olan "Azercell Telekom” MMC-nin də rolu var. Belə ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telecom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində həyata keçirilir. Hazırlıq prosesində şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün mərkəz tərəfindən hər tərəfli şərait yaradılıb. Məlumat üçün bildirək ki, "Azercell Telekom” MMC ötən il Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında və eləcə də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən məktəblilərin İnformatika fənni üzrə Beynəlxalq Komanda Olimpiadasında da şagirdlərimizə dəstək olub.


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...