Azərbaycan Beynəlxalq Bankından korporativ İnternet Bank istifadəçilərinə güzəşt

Azərbaycan Beynəlxalq Bankından korporativ İnternet Bank  istifadəçilərinə güzəşt
Azərbaycan Beynəlxalq Bankı İnternet Bank xidmətindən istifadə edən korporativ müştərilərinə daha bir üstünlük təqdim edib.
 
Sfera.az bildirir ki, bank bu müştərilər üçün güzəştli məzənnənin tətbiqinə başlayıb.
 
Belə ki, konvertasiya əməliyyatlarını İnternet Bank xidməti üzərindən aparan müştərilərə bu əməliyyatları bankın standart kursundan aşağı məzənnə ilə yerinə yetirmək imkanı yaradılıb.

İnternet Bank xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:


-Bank hesabına nəzarət;


-Hesabdan çıxarış;


-Ölkədaxili köçürmələr;

 

-Bankdaxili köçürmələr;


-Ölkəxarici köçürmələr;


-Kütləvi köçürmələr;


-Əməkhaqqı ödənişləri;


-Vergi ödənişləri;


-ƏDV ödənişləri;


-Konvertasiya əməliyyatları.


Xidmətin Mailbox funksiyası korporativ müştərilərə bankla rəsmi yazışmalar aparmaq, bir çox əməliyyat sənədlərini banka gəlmədən skanlaşdıraraq göndərmək, yaxud bankdan onlayn qaydada almaq imkanı verir. Korporativ müştərilər İnternet Bank xidmətinə Asanİmza vasitəsilə də qoşula bilərlər.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin bank məhsul və xidmətlərindən istifadə imkanlarının daha da genişləndirilməsi üçün tədbirlər gələcəkdə də davam etdiriləcək: "Bankımızın İnternet Bank xidmətindən istifadə edən korporativ müştərilər artıq nəinki vaxtlarına, hətta valyuta alqı-satqısı zamanı xərclərinə də qənaət edəcəklər”.


Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...