“Topaz Investment”in “Nikoil Bank”dakı payı 96%-ə çatıb

“Topaz Investment”in “Nikoil Bank”dakı payı 96%-ə çatıb
"Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

 

Bu, Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.

 

Kapital artımı üçün "Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – "Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin "Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.

 

Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, "İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.

 

Xatırladaq ki, "Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb.


"Nikoil Bank”ın səhmdarlarının pay bölgüsü

Səhmdarlar

Əvvəl

İndi

Məbləğ (mln. manatla)

Faiz nisbəti

Məbləğ (mln. manatla)

Faiz nisbəti

"Topaz Investment” QSC

280,958

94,92%

332,958

95,68%

Marina Kulişova

14,697

4,96%

14,697

4,22%

"İSR Holdinq” MMC

0,345

0,12%

0,345

0,10%

Cəmi

296,000

100,00%

348,000

100,00%


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...