Aytəndən ATV-yə keçməsi xəbərinə - Reaksiya
Cəmiyyət
10:28 / 08.08.2015
155
Teleaparıcı Aytən Səfərova ANS-dən ayrılıb ATV-də fəaliyyətə başlaması haqda yayılan məlumatlara münasibət bildirib.
"Əziz dostlar, mənim ANS-dən çıxmağım barədə məlumat yayılıb. Qeyd etmək istəyirəm ki, mən ANS-dən çıxmamışam, hazırda bülletendəyəm, bir müddət sonra isə məzuniyyətə çıxmağa hazırlaşıram. Haqqımda başqa kanala keçdiyimə dair məlumat yayan saytları da qınamıram, çünki mənim ANS-in efirində görünməməyim bir çox mülahizələrin, müəyyən informasiyaların yayılmasına səbəb olub. Bu müddətdə də mənə saytlar, sosial şəbəkələr vasitəsilə dəstək olan hər kəsə təşəkkür edirəm". //qafqazinfo
Sfera.az