Bölgələrdə maye qaz bahalaşıb: Qiymət artımının əsası varmı? - VİDEO

Bölgələrdə maye qaz bahalaşıb: Qiymət artımının əsası varmı? - VİDEO
Gəncədə maye qazın satış qiyməti yanvarın 5-dən 5 qəpik artırılıb. Sürüclər azı iki həftədir ki, məntəqələrdən əvvəl 45 qəpiyə olan qazı indi 50 qəpiyə aldıqlarını deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, yanacaqdolurma məntəqələrində yeni qiymətləri inkar edən yoxdur. Bəzilərində qazın 50 qəpiyə satıldığı, hətta qiymət lövhələrində də əks olunub. Ancaq bahalaşmanın hansı qərara əsaslandığını deyən yoxdur.
NAR.AZ

Analoji hadisə Şəkidə də müşahidə edilir. Burda isə vətəndaşlar maye qazın 10 qəpik bahalaşdığını deyir.

Qaz satışı ilə məşğul olan şirkətin məsul əməkdaşı bildirir ki, qiymətlərin paytaxtdakı 45 qəpiklik qiymət əvəzinə 55 qəpiyə satılmasının bir sıra səbəbləri var.

İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, maye qazın topdan satışının qiyməti dövlət tərəfindən tənzimlənir. Bir ton qazın topdan satış qiyməti 300 manatdır. Ancaq qazın pərakəndə satış qiyməti dövlət tərəfindən tənzimlənmir. Buna görə də daşınma xərclərindən asılı olaraq müxtəlif bölgələrdə maye qazın qiyməti fərqli ola bilər.

Ancaq maraqlısı budur ki, yanvar ayında maye qazın pərakəndə satış qiymətinin artması üçün heç bir qiymət artımı və ya rüsum dəyişikliyi olmayıb. Bu yerdə sual yaranır: Bəs maye qazın satışında son bir ayda baş verən bahalaşmaya səbəb nədir?

İqtisadiyyat Nazirliyi və SOCAR qiymət artımını şərtləndirəcək hansısa hadisənin baş vermədiyini bildiriblər.



OXŞAR XƏBƏRLƏR

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...