Futbol aləmi şokda: Futbolçuları aparan təyyarə yoxa çıxdı

Futbol aləmi şokda: Futbolçuları aparan təyyarə yoxa çıxdı
Fransada daha bir oyun təxirə salınıb. Təxirə salınan oyunların çoxluğu ilə diqqət çəkən mövsümdə kubokun "Sannua” – "Nant” görüşü də başqa vaxta keçirilib.

Kubokun 1/16 final mərhələsinin qarşılaşmasının təxirə salınmasına səbəb Emiliano Salanın olduğu təyyarənin itməsidi. Fransa Futbol Federasiyası "Nant”dan "Kardiff”ə 15 milyon avroya transfer edilən futbolçuya görə belə addım atıb. Hətta "Nant”ın bugünkü səhər məşqi də baş tutmayıb.

Qeyd edək ki, hadisə Premyer Liqa təmsilçisi ilə yeni müqavilə imzalayan futbolçu təyyarə ilə yeni klubunun düşərgəsinə yollanarkən baş verib. Əlverişsiz hava şəraitində uçan təyyarə dünən axşam saatlarında La-Manş boğazının üstündə olduğu vaxt əlaqə kəsilib. Hazırda axtarış işləri aparılır.

OXŞAR XƏBƏRLƏR