Messi kəllə atdı, hakim qırmızı vermədi - VİDEO
Cəmiyyət
06:20 / 07.08.2015
1924
Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Roma” və “Barselona” yoldaşlıq görüşündə üz-üzə gəlib.
Sfera.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, matç İspaniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda ən diqqətçəkən məqam isə katalonların argentinalı ulduzu Lionel Messinin etdiyi hərəkət olub. Belə ki, Messi italyanların mərkəz müdafiəçisi Mapu Yanqa-Mbivaya kəllə atmaqla tənqid hədəfi olub. Ulduz futbolçunun bu hərəkətinə matçın baş hakimi yalnız sarı vərəqə göstərməklə kifayətlənib.
Sfera.az