Prezident BP-nin baş icraçı direktoru ilə görüşdü - FOTO

12:40 / 22.01.2019
1874
Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Azəri-Çıraq-Günəşli”, "Şəfəq”, "Asiman”, "Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.