Deputatın restoranında daha bir ölüm
Cəmiyyət
04:42 / 07.08.2015
2128
Bakıda daha bir nəfər dənizdə batıb.
Sfera.az xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “1001 Gecə” restoranı millət vəkili Hüseynbala Mirələmova məxsusdur.