"Apollon"u yıxdı, Türkiyə bayrağını qaldırdı - Türkiyə mediası "Qəbələ"nin qələbəsindən yazdı

"Apollon"u yıxdı, Türkiyə bayrağını qaldırdı -  Türkiyə mediası "Qəbələ"nin qələbəsindən yazdı
"Qəbələ" futbol klubunun  Cənubi  Kiprin "Apollon" klubunu məğlub edərək növbəti mərhələyə çıxması Türkiyə mətbuatının gündəm mövzusuna çevrilib.
"Qəbələ"nin kapitanı  Cavid Hüseynovun  oyundan sonra, Azərbaycan və Türkiyə bayraqları ilə meydançada  qələbə sevincini yaşaması  türk  mətbuatının manşetinə çıxarılıb. Qardaş ölkəninin mediasında dərc olunan yazılarda deyilir:
""Qəbələ"  Avropa Liqasının 3-cü  turunun ilk oyununda bərabərə qaldığı  "Apollon" komandasını, paytaxt Bakıdakı Bakcell Arenada qonaq edib.
 
 Portuqaliyalı hakim Duarte Qomesin idarə etdiyi qarşılaşmaya hücumla başlayan  ev sahibi komanda, ilk yarıda çoxsaylı qol vəziyyətləri yaradıb.
 
İkinci hissənin   80-ci dəqiqəsində  Cavid Hüseynovun penaltidən vurduğu qolla "Qəbələ"  1-0 önə keçib. "Qəbələ" tarixində ilk dəfə UEFA Avropa Liqasının "play-off"ına yüksəlib.
 
Təxminən 15 min azərbaycanlı azarkeşin izlədiyi qarşılaşmada  Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti lehinə şüarlar səsləndirilib. Matçdakı yeganə qolun sahibi Hüseynov  matç sonrasında Türkiyə və Azərbaycan bayraqları ilə meydançada dövr etdi."  //Avropa.info 

OXŞAR XƏBƏRLƏR