Helikopterin pəri Baş nazirlə görüşə can atan qızın başını BELƏ ÜZDÜ - VİDEO
Cəmiyyət
19:31 / 08.08.2015
2288
Perunun baş naziri Pedro Katerianonun və digər hökumət nümayəndələrinin olduğu helikopterə qaçaraq yaxınlaşmağa çalışan 20 yaşlı tələbə qız faciəvi şəkildə ölüb.
Hadisə Ekvadorla sərhəddə Tumbes regionunda baş verib. Faktxəbər-in verdiyi məlumata görə, bu barədə yerli “RPP” radiostansiyası məlumat yayıb. Bildirilir ki, Lina Zapata Feyxo (Lina Zapata Feijo) qardaşının haqsız yerə həbsxanaya yerləşdirilməsi ilə bağlı şikayət məktubunu baş nazirə ötürmək məqsədilə Pedro Katerianonun helikopterinə doğru qaçıb. Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb.
İnsident səbəbindən Kateriano səfərini dayandırmalı olub. Hakimiyyət qurumları insidentin ciddi şəkildə araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəçiləri cəzalandırılacağını vəd ediblər.
Ordu komandanı isə qadının ölümü ilə əlaqədar başsağlığı verərək, ailəsinə lazım olan dəstəyi verməyi tapşırıb.