Nazir “Facebook” və “WhatsApp”dan danışdı

Nazir “Facebook” və “WhatsApp”dan danışdı

"Azəbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir".

Sfera.az “APA”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən "Skype", " Facebook" , “WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb: “Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən "Skype", " Facebook", “WhatsApp" da lisenzilayaşdırılmalıdır. Lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.

Ə.Abbasov əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə, DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq: “DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və “Google”, “Facebook” və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq".


OXŞAR XƏBƏRLƏR

Belarus parlamentinin palata rəhbərləri Azərbaycan səfirliyinə baş çəkdilər

Belarus parlamentinin yuxarı və aşağı palatasının sədrləri Natalya Koçanova və İqor Sergeyenko Minskdəki Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyublar. ...

“Qəzaya görə çox kədərliyəm” - Tarkan

Məşhur türkiyəli müğənni Tarkan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Azərbaycana başsağlığı verib.   Sfera.az xəbər verir ki, müğənni bu barədə...

Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicədəfn edildi

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarı...

Təyyarə qəzasından sağ çıxan şəxs: "Suya eniş etsəydik, hamımız param-parça olacaqdıq"

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı yaşadıqları hadisə barədə ilk dəfə açıqlama veriblər.   Sfera.az xəbər verir ki, sərnişinlərdən biri T...

Türkiyənin müdafiə naziri Azərbaycan səfirliyini ziyarət etdi

Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.   Sfera.az xəbər verir ki, bu ...

"Embraer"in nümayəndələri Aktauya getdilər

“Embraer” təyyarələri istehsal edən müəssisənin nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər.   Sfera.az Qazaxıstan KİV-lərinə isti...