AZAL ilk endirimli reysini reallaşdırdı - 99 avro

AZAL ilk endirimli reysini reallaşdırdı -  99 avro

Avqustun 7-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Antalya-Bakı aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuşu həyata keçirilib. 

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.

Bu gündən etibarən Bakı-Antalya-Bakı reysi üzrə uçuşlar həftədə 3 dəfə təşkil ediləcək. Bakı-Antalya-Bakı aşağı büdcəli reyslərinə biletlərin satışına iyulun 24–dən başlanılıb, iki gün ərzində isə avqustun 7-si reysinə bütün biletlər satılıb.

Qeyd edək ki, AZAL daha çox tələbatın olduğu marşrutlar - Bakı-İstanbul-Bakı reysi üzrə sentyabrdan başlayaraq hər gün 1 uçuş, Bakı-Moskva-Bakı istiqaməti üzrə oktyabrdan başlayaraq hər gün 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə 1 uçuş olmaqla aşağı büdcəli reysləri də həyata keçirəcək.

Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstərilir və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmır. Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçirilir. Bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.

Qeyd edilən istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabitdir və bir tərəfə 99 avro təşkil edəcək. Yəni, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça bilir. Sərnişinlər hər bir baqaj üçün isə 25 avro ödəyirlər.

AZAL-ın bütün reyslərinə biletləri onlayn rejimdə (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkündür. Bu isə sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev aviabiletlərin qiymətlərinə yenidən baxılması və qiymətlərin azaldılması ilə bağlı konkret tapşırıq vermişdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, “Azərbaycan Hava Yolları” QSC aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib. Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.

Ölkə başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən isə bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30 faiz arasında endirim tətbiq olunmasına qərar verilib.


OXŞAR XƏBƏRLƏR

"Sağ qalanlar pilotlarımızın xidmətidir, bəs həyatını itirənləri kimin vicdanına yazaq?" Deputat

Xəbər verdiyimiz kimi, Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu m...

Belarus parlamentinin palata rəhbərləri Azərbaycan səfirliyinə baş çəkdilər

Belarus parlamentinin yuxarı və aşağı palatasının sədrləri Natalya Koçanova və İqor Sergeyenko Minskdəki Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyublar. ...

“Qəzaya görə çox kədərliyəm” - Tarkan

Məşhur türkiyəli müğənni Tarkan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Azərbaycana başsağlığı verib.   Sfera.az xəbər verir ki, müğənni bu barədə...

Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicədəfn edildi

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarı...

Təyyarə qəzasından sağ çıxan şəxs: "Suya eniş etsəydik, hamımız param-parça olacaqdıq"

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı yaşadıqları hadisə barədə ilk dəfə açıqlama veriblər.   Sfera.az xəbər verir ki, sərnişinlərdən biri T...

Türkiyənin müdafiə naziri Azərbaycan səfirliyini ziyarət etdi

Türkiyə milli müdafiə naziri Yaşar Gülər təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.   Sfera.az xəbər verir ki, bu ...