Öz savadı ilə sürücülük vəsiqəsi alanları siz də tanıyın - FOTOLAR

Öz savadı ilə sürücülük vəsiqəsi alanları siz də tanıyın -  FOTOLAR

Təlimlərdən sonra hər bir layihə iştirakçısı imtahanda müstəqil olaraq iştirak edəcəklər

Avqustun 6-da Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, Xəzər-Qərb Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Avto Akademiya Binəqədi-2” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Baş DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, mayor İsa Deyistani  Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov, Xəzər-Qərb Tədris Mərkəzinin təsisçisi Elçin İsmayılov, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, “Avto Akademiya Binəqədi” layihəsinin rəhbəri Nərgiz Qurbanova, eləcə də “Avto Akademiya Binəqədi-1” və “Avto Akademiya Binəqədi-2” layihəsinin iştirakçıları, gənclər iştirak ediblər.

Tədbirin rəsmi hissəsini Nərgiz Qurbanova açaraq qonaqları salamlayıb və layihə haqqında məlumat verib.

Sonra çıxış edən qonaqlar yol təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək məqsədilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar. Bu cür maarifləndirici sosial layihənin reallaşdırılmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər. 

Tədbirdə layihə iştirakçıları arasında viktorina da keçirilib. Viktorinada şanslı olan 3 nəfər-Sarvan Zöhrabzadə, Nilufər Yunusova,  Nurlan Ağamirzəyev müvafiq olaraq Xəzər-Qərb Tədris Mərkəzindən təlim paketi, bankdan platinum kartı, Barselona futbol komandasının oyununa bilet əldə ediblər.

Tədbir çay süfrəsi ətrafında “Feeling” qrupunun ifasında konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, “Avto Akademiya Binəqədi-2” layihəsində iştirak etmək üçün 194 nəfər müraciət edib, onlardan 117 nəfər müsahibəyə dəvət olunub. Müsahibəyə qatılan 117 nəfər gənc arasından 20 nəfəri layihədə iştirak hüququ qazanıb. Layihə həm nəzəri, həm də praktiki təlimləri əhatə edir. Nəzəri təlimlər Xəzər-Qərb Tədris Mərkəzinin təcrübəli müəllimi İlqar Quliyev tərəfindən, praktiki təlimlər isə yüz faiz sığorta edilmiş avtomobillə həyata keçirilib. Hər bir təlim iştirakçısına pulsuz zəruri metodiki vəsaitlər paylanılıb. Təlimlərdən sonra hər bir layihə iştirakçısı Dövlət Yol Polisi İdarəsinin təşkil etdiyi imtahanda müstəqil olaraq iştirak edəcəklər.


OXŞAR XƏBƏRLƏR

Bakıda avtomobillərdən oğurluq edildi

Nizami rayonu rayonu ərazisində 3 avtomobildən maqnitofon oğurlanması barədə polisə məlumatlar daxil olub.    Sfera.az xəbər verir ki, Niza...

Xankəndidə 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir

Xankəndi şəhərində 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir.   Sfera.az report-a istinadən xəbər verir ki, Dün...

"Sağ qalanlar pilotlarımızın xidmətidir, bəs həyatını itirənləri kimin vicdanına yazaq?" Deputat

Xəbər verdiyimiz kimi, Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir” raket sistemi tərəfindən vurulduğu m...

Belarus parlamentinin palata rəhbərləri Azərbaycan səfirliyinə baş çəkdilər

Belarus parlamentinin yuxarı və aşağı palatasının sədrləri Natalya Koçanova və İqor Sergeyenko Minskdəki Azərbaycan səfirliyinin xatirə kitabına qeyd qoyublar. ...

“Qəzaya görə çox kədərliyəm” - Tarkan

Məşhur türkiyəli müğənni Tarkan AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Azərbaycana başsağlığı verib.   Sfera.az xəbər verir ki, müğənni bu barədə...

Təyyarə qəzasında həlak olan 19 yaşlı Xədicədəfn edildi

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarı...