Aaron Remzi rəsmən Yuventusda

Aaron Remzi rəsmən Yuventusda
Arsenalın yarımmüdafiəçisi Aaron Remzinin karyerasını Yuventusda davam etdirəcəyi rəsmiləşib.
 
Uelsli futbolçu Madriddəki klinikalardan birində tibbi müayinədən keçərək Yuventusla müqavilə imzalayıb.
 
Futbolçunun yeni klubuna keçidi yayda baş tutacaq. Belə ki, Yuventus transferin qışda həll edilməsinə razı olmayıb.
 
Remzi Turin klubu ilə məvacibi 7,5 milyon avro olan 5 illik müqavilə imzalayıb.

OXŞAR XƏBƏRLƏR