Məişət texnikası və elektronika sahəsində canlanma - “Optimal Live” açıldı

Məişət texnikası və elektronika sahəsində canlanma - “Optimal Live” açıldı
Daim ilklərə imza atan Azərbaycanın ən böyük Məişət texnikası və Elektronika mağazalar şəbəkəsi "Optimal” daha bir unikal layihə təqdim edib.

Şirkətdən Sfera.az-a daxil olan məlumata görə, yanvarın 15-dən etibarən "Optimal”ın sayca 72-ci və ən böyük "Optimal Live” satış və təcrübə mərkəzi rəsmi olaraq istifadəyə verilib. Bosch, Samsung, Vestel, LG, Sony kimi 18 dünya brendinin məhsullarını bir məkana yığan "Optimal Live” müştərilərinə böyük imkanlar yaradır. Belə ki, satış və təcrübə mərkəzində sərgilənən bütün məhsullara nəinki toxunmaq, hətta işə salıb sınaqdan keçirmək mümkün olacaq. Layihənin unikallığı da məhz bundadır.

Yeni Satış və Təcrübə mərkəzinin qapıları bu gündən etibarən hər kəs üçün açıqdır. "Optimal Live” müştərilərinə sadəcə "Toxunun. İşlədin. Alın” deyir. Daha ətraflı məlumatı isə Səməd Vurğun küçəsi, 110 ünvanına gələrək öyrənmək mümkündür. Açılışla əlaqədar "Optimal Live”da müştəriləri sərfəli nağd və kredit kampaniyaları gözləyir.

Möhtəşəm açılış tədbiri dünyanın qabaqcıl məişət texnikası və elektronika brendlərinin - "Optimal Live”ın rəsmi tərəfdaşlarının region rəhbərləri və təmsilçiləri, ölkəmizin iş adamları, bank və şirkət rəhbərləri, menecerlər, tanınmış şəxslər və media nümayəndələrinin iştirakı ilə yadda qaldı.

Qeyd edək ki, 1997-ci ildən etibarən fəaliyyət göstərən "Optimal” şirkəti 32-si Abşeron yarmadasında, 40-ı isə bölgələrdə olmaqla bütün Azərbaycan üzrə məişət texnikası, elektronika və mebel sahəsində keyfiyyəti əlçatan edir.

Ətraflı məlumat üçün: 954 və ya www.optimal.az

"Optimal Live” mərkəzinin ünvanı: Səməd Vurğun küçəsi, 110. 








OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...