Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Öz boğazını kəsdi
11:14 / 17.01.2019
3350
Xəbər veriyimiz kimi, bir neçə gün öncə Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.
Unikal.org baş verən hadisənin təfərrüatlarını öyrənib.
Tərtər rayon Ələsgərli kənd icra nümayəndəsi Kamran Əhmədov açıqlamasında bildirib ki, hər ikisi sakit ailə olub:
"Hadisənin iştirakçısı olan ailələr arasında bu zamana qədər münaqişə olmayıb. 28 yaşlı qadının əri Əliyev Fariz Fazil oğlu ilə Zöhrabov Eldəniz Sabir oğlu şərikli meyvə bağı salıblar. Sonradan gəlinlə Eldəniz birlikdə yaxalanıb. Bu zaman gəlin V.Əliyevanın əri 35 yaşlı Fariz Əliyev, qardaşları, əmisi oğlanları ilə birlikdə Eldəniz Zöhrabovu çay kənarına apararaq döyüb, onun şəxsiyyətini alçaldan hərəkətlər ediblər. Bu zaman 43 yaşlı Eldəniz bıçaqla öz boğazına xəsarət yetirib. Onun səhhəti ağır olduğu üçün təcili Bakıya gətirilib. Hadisədən sonra gəlinin həyat yoldaşı Fariz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Münaqişəyə səbəb olan gəlin isə hadisədən sonra Ələsgərli kəndini tərk edərək ata yurdu Ağcabədiyə qayıdıb.
Başqa xanımla münasibəti olan Eldəniz Zöhrabov da ailəlidir. Onun iki oğlu var. Oğlanlarından biri yeni ailə qurub. Öz ərinə xəyanət edən qadının isə Fariz Əliyevlə birgə nigahdan iki azyaşlı övladı var".