Gecə klubunun sahibi gənc qızı döydü
Cəmiyyət
02:15 / 10.08.2015
2091
Bakının mərkəzindəki gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib.
Sfera.az-ın lent.az-a istinadən məlumatına görə, Cəlilabad rayonunun Ağdaş kəndinin sakini olan 1990-cı il təvəllüdlü Türkan Niftəliyeva polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl gecə saatlarında Əliyarbəyov küçəsi 7 ünvanındakı “Night” klubda oranın sahibi Rəhim Əkbərzadə onu döyərək xəsarət yetirib.
Şikayətçi iş adamının onu hansı səbəbdən döyməsini izah etməyib.
Araşdırma aparılır.