Rasim Əliyev dəfn edilir - FOTO/VİDEO - YENİLƏNİR

Rasim Əliyev dəfn edilir -  FOTO/VİDEO - YENİLƏNİR

Dünən döyülərək ağır bədən xəsarətləri alan jurnalist Rasim Əliyevin bu gün vəfat etdiyi haqda xəbər vermişdik. 

Sfera.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, mərhumun cəsədi məsciddə yuyulduqdan sonra evlərinə gətirilib. 

Ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Morqun qarşısına yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.

Rasim Əliyevi babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağ ciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu səhərə yaxın 5-də olub”.

Xatırladaq ki, jurnalist "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirmişdi. Futbolçu isə açıqlamasında bu iddiaların əsassız olduğunu açıqlamışdı. 

***

Rasim Əliyevin hüzr mərasimi Bayıl qəsəbəsi, Xanlar küçəsi -1 ünvanında  (Denizçilik Akademiyasının yanı) keçirilir. mərhum jurnalistin dəfni saat 15-00 da, Mehdiabad mezarlığında olacaq.