Harri Keyn bir ay yarım müddətə sıradan çıxıb

Harri Keyn bir ay yarım müddətə sıradan çıxıb
İngiltərənin"Tottenhem Hotspur" komandasının hücumçusu Harri Keyn zədəyə görə bir ay yarım yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
 
25 yaşlı ingilis tibbi müayinədən keçən zaman sol ayaq topuğunun bağında zədə aşkar olunub. Tibbi heyəti forvardın martdan tez yaşıl meydanlara qayıda bilməyəcəyini müəyyən edib.
 
Hazırda Keyn "Tottenhem"də bütün turnirlərdə 31 matç keçirib və 20 qol vuraraq, 7 məhsuldar ötürmə edib.
 
Komandanın lideri zədə ilə əlaqədar olaraq klubun təqribən 11 matçını, eləcə də Çempionlar Liqasında fevralın 13-də Londonda, martın 5-də isə Almaniyada Dortmund "Borussiya"sına qarşı keçiriləcək 1/8 final qarşılaşmalarını buraxmalı olacaq.

OXŞAR XƏBƏRLƏR