Səhvimizi tapana 1 milyon dollar veririk - MƏŞHUR ŞİRKƏTİN QEYRİ-ADİ ŞƏRTİ

Səhvimizi tapana 1 milyon dollar veririk - MƏŞHUR ŞİRKƏTİN QEYRİ-ADİ ŞƏRTİ
Dünyanın ən qabaqcıl elektromobil istehsalçısı olan "Tesla” şirkəti 3-cü model avtomobilinin təhlükəsizlik sistemində nöqsan tapan hakerə 1 milyon dollar mükafat vəd edib. Bu təklif yeni modelin cihazlarında zəif cəhətlərin aşkar edilməsi ilə bağlı təhlükəsizlik konfransında irəli sürülüb.

Bu hədəfə çatan ilk hakerlə yanaşı, əlavə nöqsanlar aşkar edən digərləri də 250 min dollara qədər mükafat ala biləcəklər. "Trend Micro” təhlükəsizlik firmasının baş direktoru Brayn Qorenc bildirib ki, yeni texnologiyalarda təhlükəsizliyin təmin olunması ən aktual məsələyə çevrilib: "Uzun illərdir istehsalçı şirkətlərin və istehlakçıların haker hücumlarından qorunması üçün müxtəlif proqramlar hazırlayırıq. Bu il biz dünyanın ən böyük şirkətlərindən biri ilə yeni texnologiya hazırladıq və onun hakerlərdən mühafizəsi məqsədilə ən mürəkkəb əməliyyatları yerinə yetirdik”.

"Tesla” bəyan edib ki, son iki ildə yalnız iki haker şirkətin avtomobillərində olan nöqsanı aşkar etdikləri üçün mükafat alıb. Avtomobil nəhəngi onu da əlavə edib ki, bu mükafatların verilməsi istehsal etdiyi modellərin təhlükəsizliyi və rahatlığı baxımından mühüm addımdır (azertag).

OXŞAR XƏBƏRLƏR

Hava kəskin dəyişir: temperatur aşağı enəcək

Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.   Bu barəd...

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...