Hakimi döydü, 1 illik cəzalandı - Azərbaycanda

Hakimi döydü, 1 illik cəzalandı - Azərbaycanda
AFFA İntizam Komitəsinin iclası baş tutub.

Toplantıda aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin "Standard” – "Star Karqo” matçının 30-cu dəqiqəsində "Standard” klubunun 9 nömrəli futbolçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə  qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Oyunun 38-ci dəqiqəsində "Star Karqo” klubunun 4 №-li futbolçusu Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

OXŞAR XƏBƏRLƏR