8 ildir axtarılırdı, tutuldu - 117 cinayət işində günahlandırılır
Dünya
19:36 / 14.01.2019
6758
Türkiyədə 8 ildir axtarışda olan "haker” saxlanılıb.
Sfera.az xəbər verir ki, 22 vilayətdə 117 cinayət törətməkdə ittiham olunan, "Hayalet” ayamasıyla tanınan Ceyhun T. həbs edilib.
Ceyhun "survivor” yarışmaçısı, idman müəllimi İhsan Tarkanın sürücülük vəsiqəsini oğurlayıb, üzərinə öz şəklini vurduqdan sonar ev kirayələyıb. Uzun müddət bu vəsiqəylə işlər görüb.
"Haker” barədə artıq məhkəmənin qərarı var, qiyabi olaraq ona 5 il 8 ay həbs cəzası verilib. Ceyhun T. saxlanılan kimi həbsxanaya göndərilib.
Ceyhun T. bir çox kiber cinayətlərdə günahlandırılaraq küli miqdarda pulu dələduzluq yoluyla ələ keçirməkdə ittiham edilir.