“Qəbələ” və “AZAL”dan jurnalistin ölümünə görə həbs olunanla bağlı- Açıqlama

“Qəbələ” və “AZAL”dan jurnalistin ölümünə görə həbs olunanla bağlı-  Açıqlama

"Jurnalist Rasim Əliyevin ölümündə şübhəli bilinən Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun “Azal" futbol klubu ilə heç bir bağlılığı yoxdur". 

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında klubun mətbuat katibi Eldəniz Yusifov deyib.

O, bir sıra media orqanlarının E.İsmayılovu adıçəkilən klubun futbolçusu kimi təqdim etmələrinin düzgün olmadığını qeyd edib və məsələyə aydınlıq gətirib: “2015-ci ilin yanvarında bizim klubun əvəzedici heyətində oynayıb. Lakin rəhbərliyin komandanı yenidən qurmaq tapşırığından sonra baş məşqçinin təqdimatı əsasında E.İsmayılov klubdan çıxarılıb. Onunla yanaşı bir neçə futbolçu da öz oyunları ilə baş məqşçinin ümidlərini doğrultmadığndan komandamız onlarla yollarını ayırıb. Rəsmi olaraq iyulun 2-dən adı çəkilən futbolçu ilə bizim heç bir bağlılığımız qalmayıb”.

Sfera.az xəbər verir ki, “Qəbələ” klubu da futbolçu ilə bağlı bəyanat verib:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olmuş, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılmışdır. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ"də çıxış etmirdi"(qafqazinfo)

Sfera.az


OXŞAR XƏBƏRLƏR