"Qızıl zibilqabı" mükafatı məşhur hücumçuya verildi

Hər il İtaliya çempionatında özünü təsdiq edə bilməyən futbolçulara verilən  "Qızıl zibilqabı"antimükafatının yeni sahibi açıqlanıb.
 
Sfera.az xəbər verir ki, mükafatın bu dəfəki qalibi hazırda İspaniya "Atletiko"sunda çıxış edən xorvatiyalı hücumçu Nikola Kaliniç olub. Ötən mövsüm icarə əsasında"Milan"ın formasını geyinmiş 31 yaşlı forvard 49,1 faiz səslə birinci olub.  
 
"Roma"nın hücumçusu Patrik Şik (19,3%) ikinci, "Milan"ın daha bir forvardı Andre Silva(13,3%) üçüncü yeri tutub. 13 min azarkeşin səs verdiyi sorğuda ən zəiflərdən ibarət "10-luğ"a Türkiyə millisinin və "Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu da düşüb.
 
Qeyd edək ki, 2017-ci ildə "Qızıl zibilqabı" "İnter"in sabiq yarımmüdafiəçisi, hazırda Braziliya "Santos"unda icarə əsasında forma geyinən Qabiqola verilib.


OXŞAR XƏBƏRLƏR