Uşaq atasının meyidinin şəklini sosial şəbəkədə paylaşaraq xilas oldu
Hadisə
19:24 / 09.01.2019
4041
ABŞ-ın Miçiqan ştatında 6 yaşlı qız özünü və anasını xilas edib.
Sfera.az xəbər verir ki, 911 xilasetmə xidməti "Facebook”da paylşılan qeyri-adi şəkli gördükdən sonra hərəkətə keçib.
Xilasetmə xidməti uşağın babası və nənəsini çağırıb evlərinə gediblər. Ünvana çatanda evdən uşaq qışqırığı eşidilib.
Mənzilə girəndə polislər üzü parçalanmış bir kişi meyidi və huşsuz vəziyyətdə uzanmış bir qadın görüblər. 36 yaşlı qadını xəstəxanaya yerləşdiriblər. İlkin araşdırmaya görə kişinin ölümünə və qadının huşunu itirməsinə səbəb narkotik maddənin dozasının artıq olmasıdı.
Uşağın sözlərinə görə o, əvvəlcə elə bilib ki, ata-anası sadəcə yatıblar. Üzlərinə su vurub oyatmaq istəsə də nail ola bilməyib. Bir sutka evdə tək və yeməksiz keçirib. Evdə saxlanılan pitbul cinsli it ac olduğundan kişinin meyidini parçalayıb. Sonda qız atasının parçalanmış üzünü çəkib "Facebook”a qoyub. Bununla o, özünü və anasını xilas edib.