“AXA Mbask”ın rəhbərliyində dəyişikliklər olub

16:17 / 08.01.2019
2329
"AXA Mbask” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.
Şirkətin saytında verilən məlumata görə, Eldar Qəribovu Şuranın üzvü Yavuz Ölken əvəz edib.
Bundan başqa, DŞ-nın üzvü olan Frederik Brays və Giyom Lejön Kristof Knaubla əvəzlənib.
Bununla da, Şura üzvlərinin sayı 5-dən 3-ə düşüb.
"AXA Mbask” Sığorta Şirkətinin 100% səhmdarı dünyada ən böyük sığorta şirkətlərindən biri olan AXA-dır.