Azərbaycanda mağazalarda məhsulların qiymətini artıran səbəb nədir? - AÇIQLAMA

"Azərbaycanda adətən yeni qiymətlərə təsir edən şaiyə və spekulyativ amillər daha çox olur. Yeni ildən avtomobillərə, spirtli içkilərə, tütün məmulatlarına tətbiq olunan yeni aksiz vergiləri zəncirvari olaraq digər mal və xidmətlərə də təsir edir. Belə demək olarsa hər hansısa sahədə qiymət artımı digər sahələrə də sıçrayır. Bunun heç bir iqtisadi əsası olmasa belə 30%-ə qədər qiymət artımı müşahidə olunur. İnflyasiya gözləntiləri şayiələr artıqda, hökumət üzvləri buna qarşı lazımi açıqlama vermədikdə həmişə yüksək olur. Hamı deyir ki, qiymət artırsa mən də artırıram. Əslində bunun qarşısını almağın yolu çıxıb doğru dürüst açıqlama vermək, statistikanı göstərmək və insanları sakitləşdirmək lazımdı”.
Ekspert bildirib ki, dolların indikindən daha yuxarı olan kursu da olub. 2 manata qədər qalxmışdı:
"Valyutanın kursunun inzibati yollarla müəyyən olunmasıyla bağlı xeyli açıqlamalar, sübutlar var. Bazar instrumentləri burada işləmir. Valyuta satanlar Neft Fondu və Mərkəzi Bankdı. Şaiyələr, gözləntilər üzərində insanlar lazım olmayanda da valyuta alırdılar. Bu da bazarda tələbi qaldırırdı”.
Nazim Bəydəmirli yeni qiymət artımının yaxşı heç nə vəd etmədiyini deyib. Üstəgəl qarşısının s fəsadlarını azaltmaq üçün müəyən tədbirlərin görülməsinin zəruriliyini qeyd edib:
"Son qiymət artımından yaxşı heç nə gözləmirəm. Bu fonda hökumətə məsləhət görərdim ki, daha çox iqtisadi fəaliyəti stimullaşdırsınlar, insanlar daha çox məhsul istehsal etsin, rəqabət yaransın. Qiymət artımının kökündə rəqabətin olmaması, monopoliya, məmur sahibkarlığının geniş yayılması, rüşvət və korrupsiya əsas rol oynayır”.
Sfera.az